• Bakı 20° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Ronaldo 1000-ə doğru - Növbəti qol
İDMAN
22 May 2025 | 09:50

Ronaldo 1000-ə doğru - Növbəti qol

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 33-cü tur oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda evdə “Əl-Xalec”lə qarşılaşıb. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

65-ci dəqiqədə hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"i hesabda irəli çıxarmaq şansı qazanıb. Lakin o, penaltini dəqiq yerinə yetirə bilməyib. 75-ci dəqiqədə Con Duran hesabı açıb. 90+7-ci dəqiqədə Ronaldo 11 metrlik cərimə zərbəsini qola çevirməyi bacarıb.

Xatırladaq ki, bu, 40 yaşlı futbolçunun karyerasındakı 935-ci qol olub. Portuqaliyalı forvard daha əvvəl açıqlamasında qollarının sayını 1000-ə çatdırmağı hədəflədiyini bildirmişdi. 

Qeyd edək ki, bu oyundan sonra “Əl-Nəsr” 67 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşır. "Əl-Xəlic" isə 37 xalla 10-cu yerdədir./Qol.az


SON XƏBƏRLƏR