• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

İranın Baş Qərargah rəisi: İstənilən təhlükəyə öz səviyyəsində cavab verəcəyik
DÜNYA
22 May 2025 | 15:14

İranın Baş Qərargah rəisi: "İstənilən təhlükəyə öz səviyyəsində cavab verəcəyik"

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri ölkəsinin istənilən təhlükəyə öz səviyyəsində cavab verəcəyini bildirib.

Bakıvaxtı.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Belə ki,  Baqeri ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinə səfəri zamanı Pakistan sərhəd postlarına baxış keçirib.

İran Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi və daimi təhlükəsizlik yaratmaq qabiliyyəti ilə ölkənin düşmənlərinə qarşı çəkindirici ünsür olduğunu bildirən Baqiri qeyd edib: 

"İrana müdaxilə etməyə cəhd etsələr, bunun əvəzini ağır ödəyəcəklər".

Xatırladaq ki, dünən  Qərb mediası ABŞ rəsmilərinə istinadən İsrailin İrana hücuma hazırlaşdığını yazıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Iyun 2025