• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Rusiya gələn il də müharibəni davam etdirəcək - Zelenski
DÜNYA
18 Dekabr 2025 | 01:00

Rusiya gələn il də müharibəni davam etdirəcək - Zelenski

Rusiya 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.

"Bu gün Moskvadan gələn il hərbi əməliyyatları davam etdirməyi planlaşdırdıqları barədə əlavə siqnallar eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu nəinki görməsi, həm də cavab verməsi vacibdir, xüsusən Rusiyanın guya müharibəni bitirmək istədiyini tez-tez deyən ABŞ-dakı tərəfdaşlarımız. Lakin Rusiya tamamilə fərqli ritorikadan, fərqli siqnallardan istifadə edir və bunlar onların ordusundan gələn rəsmi əmrlərdir", - paylaşımda bildirilib.


SON XƏBƏRLƏR

17 Dekabr 2025