Rusiyanın hərbi iqtisadiyyatı Avropa ölkələrinin milli və iqtisadi təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sosial media platforması X-də yazıb.
O, həmçinin Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasının vacibliyini vurğulayıb.
"Rusiya yalnız Ukraynanı hədəf almır. Onun tammiqyaslı hərbi iqtisadiyyatı milli və iqtisadi təhlükəsizliyimizə birbaşa təhdid yaradır", - Leyen qeyd edib.
Bakı 












