• Bakı 26° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların sabah məhkəməsi keçiriləcək
HADİSƏ
28 Iyun 2025 | 12:42

Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların sabah məhkəməsi keçiriləcək

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, proses yerli vaxtla saat 11:00-a təyin olunub.

Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.

Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda xəstəxanadadır.

Xatırladaq ki, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə törədilmiş cinayət işidir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğundan indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı vurğulanıb.

Bu arada Rusiya mətbuatında azərbaycanlılara qarşı keçirilən əməliyyat zamanı Sverdlovsk vilayətində Azərbaycan diasporunun sədir Şahin Şıxlınskinin də saxlanıldığı bildirilirdi. Diaspor sədri isə "Report"un Rusiya bürosuna açıqlamasında məlumatın yalan olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.


SON XƏBƏRLƏR

27 Iyun 2025