İspaniyanın Ali Məhkəməsi kolumbiyalı müğənni Shakira barəsində vergi fırıldaqçılığı işi üzrə bəraət qərarı çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə müğənninin günahsız olduğuna qərar verərək İspaniya Maliyyə Nazirliyinə ondan alınan 69,8 milyon dollardan çox vəsaitin və faizlərin geri qaytarılmasını tapşırıb.
Qeyd edək ki, Şakira 2012–2014-cü illərdə 14,5 milyon avro vergi ödəməkdən yayınmaqda ittiham olunurdu. 2022-ci ildə prokurorluq onun 8 ildən çox həbs və 23 milyon avro cərimələnməsini tələb etmişdi. Müğənni isə bütün ittihamları rədd edirdi.
Bakı 












