Tbilisidə “İvanişvilisiz Gürcüstan” və “Gürcüstan Avropadır” şüarları ilə etiraz aksiyası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, yerli medianın məlumatına görə, aksiya Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini 2028-ci ilin sonunadək dayandırmaq qərarının ikinci ildönümünə həsr olunub.
Etirazçılar paytaxtın üç mərkəzi nöqtəsində – Tbilisi Dövlət Universitetinin, Orbeliani meydanının və Avlabari metro stansiyasının qarşısında toplaşıblar.












