ABŞ Prezidenti Donald Tramp növbəti ay İsrailə səfər edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilib ki, mövcud şərait imkan versə, Ağ Ev rəhbəri Böyük Britaniya səfərindən öncə İsrailə gələ bilər.
Qeyd edək ki, 17-19 sentyabr tarixlərində Trampın Britaniyaya səfəri planlaşdırılır.