• Bakı 19° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Netanyahu Trampla razılaşmadı - YENİLƏNİB
DÜNYA
24 Iyun 2025 | 16:17

Netanyahu Trampla razılaşmadı - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ondan İrana zərbə endirməməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

    Bildirilib ki, Tramp Netanyahunu İrana hücumu ləğv etməyə çağırıb.

    Netanyahu isə Trampa deyib ki, o, zərbəni ləğv edə bilməz, müəyyən cavab lazımdır. İsrail Baş naziri zərbələri ləğv etməyib, lakin azaltmaq qərarına gəlib.

    ***

    15:38

    ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı aparır.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

    Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev rəhbəri İsrail-İran münaqişəsində atəşkəsin hər iki tərəfdən pozulduğunu bildirib.


    SON XƏBƏRLƏR

    24 Iyun 2025