• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Trampın qolf-klubu üzərində bir neçə təyyarə ələ keçirilib
DÜNYA
09 Avqust 2026 | 23:54

Trampın qolf-klubu üzərində bir neçə təyyarə ələ keçirilib

ABŞ-ın F-16 qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən qolf-klub üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

    Məlumata görə, ümumi aviasiyaya məxsus bir neçə təyyarə Bedminster üzərində tətbiq olunan müvəqqəti uçuş məhdudiyyətlərini pozub. NORAD-ın F-16 qırıcıları həmin təyyarələri təhlükəsiz şəkildə məhdudlaşdırılmış ərazidən kənara çıxarıb.

    Qeyd edək ki, sözügedən qolf-klubun sahibi ABŞ Prezidenti Donald Trampdır. O, tez-tez həftəsonlarını burada keçirir. Tramp cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Avqust 2026