Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağa çalışır. Belə bir addım Ankaraya uzun müddətdir istədiyi F-35 döyüş təyyarələrini almağa imkan verə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə “Blumberq” çıxış edib.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə Türkmənistanda keçirilən görüşdə S-400 məsələsini də qaldırıb.
Moskva və Ankara 2017-ci ildə S-400 sistemlərinin tədarükü ilə bağlı 2,5 milyard dollarlıq müqavilə imzalayıblar. ABŞ Türkiyəni F-35 proqramından kənarlaşdıraraq və bir neçə türk müdafiə şirkətinə qarşı CAATSA kimi tanınan sanksiya rejimini tətbiq edərək, razılaşmanın qarşısını almağa çalışıb. Əsasnamədə qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ankaraya tədarükü “Amerika hərbi texnologiyası və personalının təhlükəsizliyini təhlükə altına qoyur və Rusiya müdafiə sektoruna əhəmiyyətli resurs verir”. Buna baxmayaraq, raket sistemləri 2019-cu ilin yayında Türkiyəyə təhvil verilib./Axar.az
Bakı 












