• Bakı 18° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı
HADİSƏ
25 Oktyabr 2025 | 10:27

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR