• Bakı 17° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Hərbçilərimiz NATO təlimində iştirak edir
DÜNYA
25 Oktyabr 2025 | 20:27

Hərbçilərimiz NATO təlimində iştirak edir

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025