• Bakı 24° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulub
MƏDƏNİYYƏT
08 Iyun 2026 | 09:00

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə yekun vurulub

    5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

    Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.

    Konsert proqramı "Mənim Azərbaycanım" süitası ilə başlanıb.

    Sonra kollektivin ifasında "Qavalla rəqs", "Nağaralarla rəqs", "Toy", "Qazaxı", "Halay", "Naz eləmə", "Tərəkəmə", "Uzundərə", "Ağ çiçəyim", "Çayçı", "Bahar" və "Qaytağı" rəqslərimiz yüksək şövqlə təqdim olunub.

    Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Iyun 2026