• Bakı 19° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir
İDMAN
01 May 2024 | 10:48

"Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir"

"Yarış mənim üçün gərgin keçdi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.

O, yarışın gərgin keçdiyini bildirib: "Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm".

Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: "Bu, fərdi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım".

İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: "İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür".

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb. Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.


SON XƏBƏRLƏR

21 May 2024