Yanvarın 16-sı səhər saatlarında itkin düşən 13 yaşlı Quba şəhər sakini Məlikov Əli Vüsal oğlu tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
17:48
Qubada 7-ci sinif şagirdi itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.
Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür.

















