• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"2035-ci ilə qədər Çinin nüvə başlıqlarının sayı 1500-ü keçəcək" - Stoltenberq

DÜNYA

12 Iyul 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

"2035-ci ilə qədər Çinin nüvə başlıqlarının sayı 1500-ü keçəcək" - Stoltenberq

"2035-ci ilə qədər Çinin malik olduğu nüvə başlıqlarının sayının 1500-ü keçəcəyini gözləyirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitinin yekununa dair mətbuat konfransında deyib.

"Çin hərbi sahəyə böyük miqyasda investisiya qoyur. Çinin bizə necə yaxınlaşdığını görürük. Bu, NATO-nun qlobal alyansa çevrilməsi ilə bağlı deyil, bu, regionumuzun qlobal çətinliklə üzləşməsi ilə bağlıdır ki, Çinin yüksəlişi də bunun bir hissəsidir. Çin bizə Arktikada və Afrikada da yaxınlaşır. Çinin vacib infrastrukturu necə nəzarət altına almağa çalışdığını görürük", - Stoltenberq bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026