• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

55 yaşlı kişi itkin düşüb - FOTO

HADİSƏ

23 Sentyabr 2021 | 12:40

55 yaşlı kişi itkin düşüb - FOTO

Şəkidə 55 yaşlı kişi itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Tofiq Salamovun əlamətləri - boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.


55 yaşlı kişi itkin düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026