“İctimai televiziya kanalının xəbərləri proqramında dəyişiklik edilməsi məsləhətə uyğundur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən plenar iclasda deputat Siyavuş Novruzov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, xarici ölkələrdən bəzi verlişləri təəssüf ki,Azərbaycanın televiziya məkanında görürük.
"Məsələn, 70 yaşında kişini televiziya verlişinə dəvət edib evləndirirlər. Gənclər bu verlişlərdən nə tərbiyə götürəcək. Bizim ölkəmizin, dövlətimizin mənəvi və əlxlaq ölçüləri var. 5 manat pul qazanırsınız, Allah qəbul eləsin. Amma xalqın tərbiyəsini pozmayın”.
Ramid İbrahimov














jpg-1685602703.webp)

