• Bakı C

    9.38 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

“AAAF Park”da baş verən yanğın söndürülüb – VİDEO+FOTOLAR - YENİLƏNİB

HADİSƏ

03 Mart 2025 | 10:00

“AAAF Park”da baş verən yanğın söndürülüb – VİDEO+FOTOLAR - YENİLƏNİB

Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyyə edilib

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

***

08:34

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “FHN məlumat yayıb.

***

05:59

​​​​​​Xırdalanda "AAAF Park" Yaşayış Kompleksində güclü yanğın olub. 

Bakıvaxtı.az  xəbər verir ki, hadisə parkın ərazisində xidmət göstərən restoranların birində qeydə alınıb.

İlkin məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. 

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb”, – FHN-in məlumatında qeyd olunub.


SON XƏBƏRLƏR