ABŞ-ın Nyu Cersi ştatında bir nəfəri ölənədək döyən şəxs mərhumun avtomobilində gəzərkən saxlanılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, qatil 66 yaşlı Maykl Dabkovskinin evinə daxil olaraq, əlindəki çəkiclə onu döyərək öldürüb, daha sonra isə mərhumun avtomobilini qaçırıb.
Bununla yanaşı, saxlanılan şəxs Nyu-Meksikoda cəsədi avtomobildə tapılan dörd nəfərin də qətlində şübhəli hesab olunur.
İstintaqın gedişində 47 yaşlı Şon Lannon daha 15 nəfərin qətlini etiraf edib.
Hazırda bütün məlumatlar yoxlanılır.
















