q
  • Bakı 17° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

ABŞ İrandan cavab gözləyir

DÜNYA

08 May 2026 | 17:35

ABŞ İrandan cavab gözləyir

“İranla davam edən danışıqlarla bağlı Tehrandan cavab gözləyirik və cavab hələ gəlməyib”.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İtaliyanın paytaxtı Romada jurnalistlərə deyib.

NATO ölkələrinin mövqeyini tənqid edən Rubio deyib:

"Bəzi Avropa ölkələri vacib fövqəladə hallarda NATO bazalarından istifadə etməyimizə icazə verməyib və missiyalarımıza mane olublar".

Hörmüz boğazındakı gərginliklə bağlı suala cavab olaraq, Rubio ABŞ və İsrailin İrana hücumlarına verdiyi "Epik Qəzəb" adı ilə bağlı "Bu, Epik Qəzəb Əməliyyatından ayrı və fərqli idi" deyib.

İranın onlara hücum etdiyini və onların cavab verdiyini iddia edən Rubio deyib: "Amma axmaq ölkələr onlara hücum edənlərə cavab vermir".

Murad Məmmədli


SON XƏBƏRLƏR