• Bakı 23° C

    16.37 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

ABŞ PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib

DÜNYA

23 Iyul 2024 | 10:18

ABŞ PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib

ABŞ Suriyanın şimalında PKK/YPG terror təşkilatının nəzarətində olan ərazilərə hava hücumundan müdafiə sistemləri göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin göndərdiyi bu silahların əsas hissəsini AN/TWQ-1 Avenger qısamənzilli hava hücumundan müdafiə sistemləri təşkil edir.

Qeyd olunub ki, Suriyanın şimal- şərqindəki Haseke bölgəsində müşahidə olunan yük maşınlarında, həmçinin zirehli avtomobillərdə 4-6 ədəd AN/TWQ-1 Avenger qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin olduğu barədə məlumat var.


SON XƏBƏRLƏR