• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

ADSEA-nın sədri COP29 çərçivəsində görüş keçirdi

COP29

21 Noyabr 2024 | 15:23

ADSEA-nın sədri COP29 çərçivəsində görüş keçirdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Bu barədə Bakıvaxtı.az-a agentlikdən bildirilib.

Məlumata görə, Zaur Mikayılov tədbir zamanı qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib.

Sonda, sədr beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.


SON XƏBƏRLƏR

22 Noyabr 2024