• Bakı 12° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

ADY: Sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldilib

CƏMİYYƏT

13 Fevral 2026 | 17:30

ADY: Sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşıma xidmətində məmnuniyyət səviyyəsinin artdığını açıqlayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri ADY-nin sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir.

Rəsmi məlumata görə, aparılmış sorğular zamanı yüksək məmnuniyyət göstəriciləri qeydə alınıb. Belə ki, əyani sorğularda məmnuniyyət səviyyəsi 84,3%, rəqəmsal sorğularda 78,8%, korporativ müştərilər arasında keçirilmiş sorğuda isə 100% təşkil edib.

"Bizimlə yola çıxan hər bir sərnişinimizə təşəkkür edir, yeni səfərlərdə görüşməyi səbirsizliklə gözləyirik", - məlumatda deyilir.


SON XƏBƏRLƏR