• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirildi

MƏDƏNİYYƏT

27 Mart 2023 | 14:12

Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirildi

Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər deyib. O bildirib ki, atasının səhhəti yenidən pisləşib:

"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır". 

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026