• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Akademik Zərifə Əliyeva: Görkəmli ziyalı, cəfakeş ana, dəyanətli həyat yoldaşı

CƏMİYYƏT

15 Aprel 2024 | 15:40

Akademik Zərifə Əliyeva: Görkəmli ziyalı, cəfakeş ana, dəyanətli həyat yoldaşı

Görkəmli alim-oftomoloq Zərifə Əliyeva Azərbaycanın tanınmış elm və ictimai xadimlərindən biri olaraq ölkənin tibb elmi tarixinə adını qızıl hərflərlə yazıb.

1923-cü ilin aprel ayında Şərur rayonunda anadan olan, 1942-ci ildə orada orta məktəbi, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstutunun mualicə proflaktika fakültəsini bitirərək aspiranturada oxuyub. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq disertasiyasını mudafiyə etmiş və sonralar atasının adını daşıdığı Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstutunda kafedra müdiri olub.

O vaxtlar tibb sahəsində ən yüksək elmi mükafat olan M.İ.Averbax adına dövlət mükafatına layiq görüülmüş ilk azərbaycanlı qadın olub.

1983-cü ildə Azərbaycan Respublikası Elmləri Akademiyasının akademiki seçilmiş Zərifə xanım bütün həyatını tibb kadrlarının hazırlığına həsr etmiş, eləcə də Əməkdar elmi xadimi adına layiq görülüb. O, sadə Azərbayan ziyalılarını şəxsi və elmi həyatında şərəflə təcəssüm etdirən şəxsiyyətdir. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları - Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.

Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülüb. Baxmayaraq ki, atası ölkəmizin görkəmli partiya dövlət xadimi, akademik Əziz Əliyev, həyat yoldaşı isə ölkənin rəhbəri Heydər Əliyev olmaqla tanınmış simalar idi, Zərifə Əziz qızı həmişə sadəliyi və kübarlığı ilə seçilib.

1985-ci ildə Moskvada rəhmətə gedən Zərifə xanım yaxınlarının istəyi ilə sonralar Bakıda Fəxri Xiyabanda dəfn olunub.Onun həyatının 40 ilə yaxın dövrü Ümumimilli liderimiz Heydər Əliyevlə birgə keçib. Onların Sevil və İlham adlı iki övladları olmuş, sonuncu isə atasının siyasi xəttini davam etdirərək, müstəqil Azərbaycanın milli dövlət quruculuğu prosesini yeni mərəhələyə çıxarmış ölkə prezidenti kimi ailə ənənəsini ləyaqətlə davam etdirməkdədir.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev Zərifə xanım haqqında deyib: “Azərbaycan xanımının ənənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb, daşıdığı bu titulları mərhəmət, şəfqət humanizim kimi ali hissələrlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Ulu tanrıdan xalqımızın ləyaqətli qızına 15 aprel Anım günündə Allahdan rəhmət diləyir, davamçılarına isə Vətən naminə çox böyük güclərlə, ”Azərbaycan davası” adlı mücadilədə uğurlar arzu edirik.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü,  İcmanın Binəqədi rayon Nümayəndəsi

Pedagika elmləri doktoru, professor, Pedoqoji və Sosial Elmlər Akademiyasının akademiki

Bakıvaxtı.az


SON XƏBƏRLƏR