• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ANAMA Qubadlıda minaya düşən əməkdaşının son durumunu AÇIQLADI

HADİSƏ

30 Avqust 2022 | 12:52

ANAMA Qubadlıda minaya düşən əməkdaşının son durumunu AÇIQLADI

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Nəticədə, Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hal-hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR