• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

ARAŞDIRMA: Qarğalar həndəsi fiqurları ayırd edə bilirlər

CƏMİYYƏT

22 Aprel 2025 | 16:41

ARAŞDIRMA: Qarğalar həndəsi fiqurları ayırd edə bilirlər

Yeni araşdırma qarğaların da insanlar kimi yüksək inkişaf etmiş həndəsi intuisiyaya malik olduğunu ortaya çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma Almaniyanın Tübingen universitetində aparılıb.

Araşdırma qarğaların da insanlar kimi həndəsi formalar arasındakı fərqləri müəyyən edə bildiyini üzə çıxarıb.

Alimlər iki erkək qarğanı kompüter ekranında göstərilən beş oxşar şəkil arasından fərqli olanı dimdikləri ilə seçməyə öyrədiblər. Təcrübələrdə klassik kvadrat formalardan tutmuş nizamsız dördbucaqlılara qədər müxtəlif çətinlik səviyyəsində şəkillər istifadə olunub.

Qarğalar xüsusilə kvadrat və düzbucaqlı kimi simmetrik və qaydalı formalar arasında fərqli olanı daha asan müəyyən edə biliblər. Tədqiqatın nəticələrinə görə, formalar nə qədər simmetrik və düzənli olsa, qarğaların düzgün seçim etmə ehtimalı da bir o qədər yüksəlir.

Tübingen Universitetinin heyvan fiziologiyası üzrə mütəxəssisi Andrea Nieder bildirib ki, bu tapıntı geometriya anlayışının yalnız insanlara xas olmadığını, əksinə bəzi heyvanlarda da təkamül yolu ilə inkişaf etdiyini göstərir:

“Quşlar geniş ərazilərdə istiqamət tapmaq və hərəkət etmək üçün ‘məkan düzənliliyindən’ istifadə edirlər. Bu instinkt onlara sağ qalmaq üçün üstünlük qazandırır. Qarğaların ikiölçülü şəkillərdəki geometrik xüsusiyyətləri qavrama bacarığı, ölçü və geometriya haqqında əsas biliklərin bioloji təkamüldə necə dərin kök saldığını nümayiş etdirir.”

Nəticə olaraq, araşdırma göstərib ki, geometrik düzənlilik yalnız insan düşüncəsinin məhsulu deyil, bəzi heyvanların da ətraf mühiti qavrama üsulunda mühüm rol oynaya bilər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR