• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Aşan qatarda yanğın oldu: Sakinlər ərazidən evakuasiya edilir

DÜNYA

30 Mart 2023 | 17:18

Aşan qatarda yanğın oldu: Sakinlər ərazidən evakuasiya edilir

ABŞ-da qatar relsdən çıxıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Minnesota ştatında qeydə alınıb.

Məlumata görə, qəzadan sonra baş verən yanğınla əlaqədar sakinlər təxliyə ediliblər. Qatarda etanol və qarğıdalı siropu da daxil olmaqla bir sıra yüklərin olduğu deyilir.

Etanol çox tez alışan kimyəvi maddədir. Ona məruz qalma öskürək, başgicəllənmə, gözlərdə yanma hissi, yuxululuq və huşunu itirməyə səbəb ola bilər.

Hadisə nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.

Qeyd edək ki, qəza Ohayo ştatında təhlükəli kimyəvi maddələr daşıyan başqa bir qatarın relsdən çıxmasından təxminən iki ay sonra baş verib.

Ay Tac


SON XƏBƏRLƏR

16 Aprel 2024