• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropa Liqası: “Qarabağ” uduzdu, pley-off şansını itirdi - YENİLƏNİB

İDMAN

23 Yanvar 2025 | 23:50 | Müəllif: Subhan Mahmudov

Avropa Liqası: “Qarabağ” uduzdu, pley-off şansını itirdi - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar "status-kvo"nu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə “köhlən atlar” yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazılıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.

***23:23

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda beşinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar 3:2 hesabı ilə önə keçiblər.

Rumınların heyətində 73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.

 

***22:55

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab bərabərdir - 2:2

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

 

***22:38

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

 

***22:31

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***21:55

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesbaı bərabərləşdiriblər - 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

 

***21:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

 

***21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026