• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Aynur atasından danışıb, göz yaşları tökdü

MƏDƏNİYYƏT

29 Fevral 2024 | 10:57

Aynur atasından danışıb, göz yaşları tökdü

“Bacımı vaxtsız itirməsəydim, belə tez “düşməzdim” (Görünüşünün pisə doğru getməsini nəzərdə tutur – red.). Atamın, bacımın itkisi… Onları itirməsəydim, daha qəşəng olardım”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova “Rəngarəng səhər” verilişində deyib.

O, valideyinlərinin itkisindən danışaraq göz yaşları töküb:

“Gülürük, danışırıq, amma o kədər bizimlə hər yerdə var. Hər cümə günü atamı və bacımı ziyarətə gedirəm. Getməsəm, elə bilirəm vicdanım rahat deyil… Atam üçün çox darıxıram. Qədərsiz darıxmaq gəlir mənə. Hər zaman məni fikirləşirdi o. Çox darıxıram, çox… (kövrəlir). Mamam da xəstədir(ağlayır)”.

Ziyafət Əlisoy

 


SON XƏBƏRLƏR

05 Iyul 2025