• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb

HADİSƏ

22 Noyabr 2021 | 16:16

Azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 15-dən 20-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 112 mina və 88 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 157 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR