• Bakı 12° C

    16.52 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

SİYASƏT

06 Aprel 2025 | 17:34

Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatı yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentin mətbuat xidməti məlumat yayıb. Bu barədə razılıq Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə onun türkiyəli həmkarı Numan Kurtulmuş arasında keçirilən görüşdə əldə olunub.

Məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib və qeyd edib ki, “xalqın iradəsi hər şeydən üstündür, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu, gələcək inkişafın əsasına çevrilməlidir”.

Tərəflər qeyd ediblər ki, Gürcüstan və Türkiyəni uzun illər səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq bağlayır.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı müzakirə olunub. Tərəflər razılaşıblar ki, yaxın gələcəkdə dövlətlərin parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı yaradılacaq.

Numan Kurtulmuş Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.

Görüş Özbəkistanın paytaxtı Daşkənddə (PAİ) Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.


SON XƏBƏRLƏR