• Bakı 12° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azərbaycan Avropanın əsas enerji təminatçılarından birinə çevrilib - AÇIQLAMA

SİYASƏT

02 Dekabr 2025 | 15:25

Azərbaycan Avropanın əsas enerji təminatçılarından birinə çevrilib - AÇIQLAMA

Rusiya-Ukrayna konflikti və Qərb sanksiyaları Cənubi Qafqazda güc balansını dəyişdirir. 

Bu vəziyyət Azərbaycanın siyasi strategiyasına nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar bütün dünyaya təsirini göstərməkdədir. Qeyd edib ki, keçmiş post-sovet məkanı ölkələrində, o cümlədən Cənubi Qafqazda da bu proses özünü göstərir:

"Azərbaycan sanksiyalara qoşulmur. Rusiyanın ticarət dövriyyəsi isə artmaqdadır. Eyni zamanda Azərbaycan Ukrayna ilə münasibətləri əvvəlki səviyyədə saxlayaraq strateji tərəfdaşlığını inkişaf etdirir və Ukraynaya humanitar dəstəyi davam etdirir. Azərbaycan, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən ölkələrdən biridir".

Oqtay Qasımov: Rusiyanın ticarət dövriyyəsi artır

Politoloqun fikrincə, beynəlxalq sanksiyalar nəticəsində Rusiya Avropaya enerji ixracında çətinliklərlə üzləşib və Avropa təbii qazdan imtina edir. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan Avropa ilə strateji tərəfdaşlıq memorandumu imzalayaraq Avropanın enerji təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilib.

"Ümumilikdə, Rusiya-Ukrayna müharibəsi beynəlxalq və iqtisadi vəziyyətə mənfi təsir göstərsə də, müəyyən imkanlar da yaradıb. Bu imkanlardan biri Azərbaycanın enerji siyasətini özünəməxsus şəkildə formalaşdırması və Avropanın əsas enerji təminatçılarından birinə çevrilməsidir".

Zeyəb Rzayeva


SON XƏBƏRLƏR