• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Azərbaycan kondensat hasilatını azaldıb

İQTİSADİYYAT

11 Fevral 2026 | 15:44

Azərbaycan kondensat hasilatını azaldıb

Azərbaycanda 2025-ci ildə kondensat hasilatı 4 milyon 911,88 min ton təşkil edib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən 7,1 % aşağıdır.

Hesabat dövründə ölkədə ümumi neft hasilatında kondensatın payı 17,7 % olub. Neftin payı isə 82,3 % - 22 milyon 767,77 min ton (4,2 % az) təşkil edib.

Daha əvvəl bildirilmişdi ki, Azərbaycanda 2025-ci ildə neft hasilatı (kondensatla birlikdə) 27 milyon 679,65 min ton (2024-cü ilə nisbətən 4,7 % az) təşkil edib.

Qeyd edək ki, Azərbaycanda hasil edilən kondensatın əsas payını "Şahdəniz" yatağı təmin edir, bu məhsul tam həcmdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca yönəldilir. Kondensat hasilatına 2023-cü ilin iyulunda istismara verilmiş "Abşeron" qaz-kondensat yatağı, həmçinin "Ümid" yatağı ("Ümid-Babək" bloku) da öz töhfəsini verir.


SON XƏBƏRLƏR