• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycana 16 ölkədən qızıl idxal edilib - SİYAHI

İQTİSADİYYAT

17 Aprel 2025 | 13:32

Azərbaycana 16 ölkədən qızıl idxal edilib - SİYAHI

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422,1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu dövrdə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib.

    Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:

    ÖlkələrQızıl idxalıİdxal dəyəri. Min ABŞ dolları
    Rusiya3474,95 kq315469,47
    Avstraliya2828,87 kq241331,88
    Meksika2007,11 kq174711,79
    Çin1173,72 kq108207,58
    Böyük Britaniya1200,38 kq106210,47
    Kanada966,58 kq91674,07
    Almaniya1012,1 kq90445,28
    Türkiyə959,78 kq88713,07
    Braziliya896,79 kq81970,85
    Özbəkistan397 kq37239,16
    İsveçrə344,21 kq32070,02
    Amerika Birləşmiş Ştatları261,14 kq22747,1
    Çinin xüsusi inzibati rayonu Honkonq159,25 kq14217,44
    Cənubi Afrika Respublikası100,48 kq9233,64
    İspaniya48,16 kq4252,43
    Yaponiya37,88 kq3552,22

    Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025