• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Azərbaycanda dəhşətli qəza - Ər-arvad xəstəxanalıq oldu

HADİSƏ

21 Oktyabr 2022 | 10:10

Azərbaycanda dəhşətli qəza - Ər-arvad xəstəxanalıq oldu

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çuxuryurd kənd sakini, 1980-ci il təvəllüdlü Xəlilov Samir Əlisəfa oğluna məxsus "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Daşdəmirov Fərahim Natiq oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"nın sürücüsü Samir Xəlilov və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Xəlilova Xumarə Şahvələd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026