“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.
S.Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirib.
“Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir”.
Mina Mikayılova