• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Azərbaycanda içki və tütünə 6 ayda 1.3 milyard manat xərclənib

İQTİSADİYYAT

10 Iyul 2025 | 14:12

Azərbaycanda içki və tütünə 6 ayda 1.3 milyard manat xərclənib

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur.

Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 230.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025