• Bakı 11° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Azərbaycanda insanlar niyə qara rəngə üstünlük verir? – AÇIQLAMA      

CƏMİYYƏT

14 Sentyabr 2021 | 10:21

Azərbaycanda insanlar niyə qara rəngə üstünlük verir? – AÇIQLAMA      

Rəng hər insanı hər gün əhatə edən, xüsusi duyğu və hisslər yaradan şeydir. Paltar, daxili əşyalar, daha çox kölgə və palitraya görə seçimi birbaşa insanın üstünlüklərindən, ruhi vəziyyətindən və daxili hisslərindən danışır. Rəng üstünlükləri əhval-ruhiyyəni də xarakterizə edir.

Azərbaycanda isə diqqət yetirsək, çox insan qara rəngə üstünlük verir.

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bunun səbəbini açıqlayıb:

“Azərbaycanda qara rəngə üstünlük verilməsinin bir sıra səbəbləri var. Onlardan biri fizioloji səbəblərlə bağlıdır. İnsanlar artıq çəkidən əziyyət çəkəndə və bunu gizlətməyə çalışanda ya qara geyinirlər, ya da daha ağıldan kəmləri də gedib mədələrini kiçildirlər. Başa düşmürlər ki, onların qocalıqları necə olacaq bilinmir. O elə bir əməliyyatdır ki, qocalanda insanı hansı hala salır, bəlli deyil. Yəni birinci səbəb, çəki gizlətmək üçün variantdır. İkincisi, qara rəng özü psixologiyada gizliliyin rəngidir. Ümumiyyətlə, bizdə psixologiya praktik baxımdan yeni elmdir, psixoanaliz isə yox səviyyəsindədir. Ona görə də, insanlar öz şüuraltısı ilə dost olmadıqlarına görə, öz təhtəlşüur istəklərindən qorxaraq, sanki o, öz daxilini qara geyimin fonu arxasında gizlətmiş olurlar”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

04 Aprel 2026