• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - Prezidentin köməkçisindən AÇIQLAMA

CƏMİYYƏT

04 Noyabr 2021 | 18:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - Prezidentin köməkçisindən AÇIQLAMA

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq növbəti qapanmalar gözlənilmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.

“Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026