Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat, ümumilikdə 5,43 milyon manat ödəniləcək.
Xatırladaq ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb. (Report)
Bakivaxti.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov məsələ ilə bağlı açıqlama verib.
“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi iləəlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilmişdir. Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”,-deyə açıqlamada bildirilib.




jpg-1624427198.webp)









jpeg-1624376007.webp)

