Azərbaycanda təşkil olunan növbədənkənar parlament seçkilərinə start verilib.
Bakıvaxtı.az xəbər verir ki, seçki prosesinə ölkə üzrə saat 08:00-da başlanğıc verilib.
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərimizin sayı 6 milyon 421 min 960 nəfərdir. Daimi seçici siyahısı üzrə olan seçicilərin sayı 6 milyon 308 min 851, müvəqqəti seçicilərin sayı isə 113 min 109 nəfərdir. Daimi seçicilərin 47,57 faizi kişi, 52,43 faizi isə qadındır.
Səsvermə saat 19:00-da yekunlaşacaq.
Əli Hüseynov
















