"Azərbaycanda hazırda 58 siyasi partiya var”.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib.
Onun sözlərinə görə, həmin partiyalardan 7-si 2020, 2-si isə bu il qeydiyyata alınıb.
A.Hacıyev bildirib ki, Azərbaycanda 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var: “Son 5 ildə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ 10 minə yaxın layihə üzrə ayrılıb”.
















