• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanlı nazir yarışda

İDMAN

22 Avqust 2021 | 00:30 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı nazir yarışda

Müdafiə sənayesi naziri Mədət Quliyev yığma üzvləri ilə birgə üzgüçülük marafonuna qatılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fanat.az-a üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib. Yığmamızın çalışdırıcısı üzmə həvəskarı olan 63 yaşlı nazirin təşəbbüsü ilə həftənin şənbə günləri Xəzər dənizində yarış təşkil olunduğunu bildirib.

Əbdürəhmanov indiyədək iki dəfə belə marafon keçirildiyini diqqətə çatdırıb. Nazir və yığma üzvləri ilk olaraq 8 min, bu gün baş tutan yarışmada isə 4 min metr məsafəyə üzüblər.

Baş məşqçinin sözlərinə görə, bu, bir aksiyadır və keçirilməsində əsas məqsəd ölkədə insanları sağlam həyat tərzinə təşviq etmək və marafon üzgüçülüyünün inkişafına təkan verməkdir. Əbdürəhmanov üzgüçülük həvəskarlarını onlara qoşulmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026