• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azot gübrəsinin qiyməti kəskin ucuzlaşıb

İQTİSADİYYAT

17 Aprel 2025 | 13:43

Azot gübrəsinin qiyməti kəskin ucuzlaşıb

2025-ci ilin mart ayında dünya bazarında azot gübrəsinin qiymətində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunub.

Bakıvaxtı.az bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair Qısa İcmal”ına istinadla xəbər verir.

Belə ki, karbamid (azot) gübrəsinin bir tonunun qiyməti ötən ayla müqayisədə 9.6% azalaraq 437 ABŞ dollarından 395 ABŞ dollarına enib.

Mərkəzin açıqlamasına görə, fosfor gübrəsinin (üçqat super-fosfat) qiyməti isə mart ayında cüzi artım göstərərək 0.4% yüksəlib və 479 ABŞ dolları təşkil edib. Kalium gübrəsinin (potassium-xlorid) qiymətində isə dəyişiklik nisbətən sabit qalıb – 336 ABŞ dolları.

Son bir il ərzində aparılan müqayisələr göstərir ki, azot gübrəsinin qiyməti aprel və may aylarında minimum səviyyəyə enib (285-301 ABŞ dolları), lakin ilin ikinci yarısından etibarən artım trendinə girərək yanvar ayında 437 dollarla pik həddə çatmışdı. Martda isə bu tendensiya kəskin geriləmə ilə nəticələnib.

Aşağıdakı qrafiklərdə 2022–2025-ci illər üzrə gübrə qiymətlərinin illik və rüblük dəyişiklikləri də əks olunub. Statistikaya əsasən, 2022-ci ildə gübrə qiymətləri rekord səviyyədə olsa da, 2023 və 2024-cü illərdə bu qiymətlərdə sabitləşmə müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə azot gübrəsində enmə, fosfor və kaliumda isə nisbətən sabitlik müşahidə olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025