• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı-Sumqayıt yolunda baş verən qəzanın səbəbi məlum oldu - VİDEO

HADİSƏ

08 May 2023 | 09:33

Bakı-Sumqayıt yolunda baş verən qəzanın səbəbi məlum oldu - VİDEO

“Səhər saat 06:55 radələrində Bakı-Sumqayıt yolunun 10-cu kilometrində baş verən qəzaya səbəb sürücünün yuxulaması olub”. 

Bununla bağlı Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən bildirilib. 

“Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyatın hərəkəti tənzimlənib”, - deyə məlumatda qeyd edilib.

***

Bakı-Sumqayıt yolunda yük maşını aşıb.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında baş verən qəza səbəbindən sözügedən magistral yolda nəqliyyatın hərəkətində uzun tıxac yaranıb.

Qəza Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığındakı körpünün altında baş verib. Yoldakı tunelin divarlarına çırpılan yük maşını aşıb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026