• Bakı 20° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB

CƏMİYYƏT

19 Aprel 2024 | 15:40

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

    “Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

    Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

    Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər”, - məlumatda qeyd olunub.

    ***

    14:13

    Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

    Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bununla bağlı Liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərilib.

    Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

    Hazırda 200 şagirdin təhsil aldığı Lisey yeni tədris ilindən fəaliyyət göstərməyəcək.


    SON XƏBƏRLƏR

    01 May 2024