• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda yolda çəkilmiş dairə müzakirə yaratdı - VİDEO

CƏMİYYƏT

29 Iyul 2023 | 12:45

Bakıda yolda çəkilmiş dairə müzakirə yaratdı - VİDEO

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairə müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən görüntülərdə dairənin sanki həyətdə oynayan uşaqlar tərəfindən çəkildiyi, gülməli vəziyyətin yarandığı qeyd olunur.

Belə aydın olur ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcında sarı tor və digər nişanlanma xətləri silinib. Əvəzində qeyri-peşəkar formada dairə çəkilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirildi ki, sözügedən dairə AYNA tərəfindən çəkilməyib: “Qeyd olunan yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026